Az | EN

"Hyundai" və "Kia" 208,000 elektrik avtomobilini geri çağırıb

Röya Yusifbəyli
26 Noyabr 2024 23:14
50 baxış
"Hyundai" və "Kia" 208,000 elektrik avtomobilini geri çağırıb

"Hyundai", "Kia" və "Genesis" ABŞ`da 208,000`dən çox elektrik avtomobilini geri çağırıb. Səbəb isə avtomobillərin qəfil güc itkisi yaşamasına səbəb ola biləcək problemdir. Bu barədə ABŞ-nin Milli Avtomobil Yolları Təhlükəsizliyi İdarəsinə təqdim edilmiş sənədlərdə bildirilib. Bu barədə xəbər ilk olaraq "Reuters" tərəfindən yayımlanıb.

Problem, enerji doldurmanı təmin edən inteqrasiya olunmuş idarəetmə blokundan qaynaqlanır. Belə ki idarəetmə bloku zədələnə və 12 voltluq batareyanı doldurmaqda problemlərə səbəb ola bilər ki, bu da avtomobilin hərəkət gücünü itirməsinə gətirib çıxara bilər.

"Hyundai Motor" 145,235 ədəd elektrik avtomobilini geri çağırıb. Buna bəzi "Ioniq 5" və "Ioniq 6" modelləri daxildir. Bundan əlavə, "Genesis" lüks brendinə aid üç elektrik avtomobil modeli – "Genesis GV60", "Genesis GV70" və "Genesis G80" (2022-2025 il modelləri də) də geri çağırılıb. "Kia" şirkəti isə 62,872 ədəd elektrik avtomobilini geri çağırıb.

Hesabata əsasən, dilerlər bu problemi ödənişsiz şəkildə həll edəcəklər.

© copyright 2022 | tech.az | info@tech.az