Az | EN

"Louis Vuitton"un Türkiyədəki müştəri məlumat bazasına kiberhücum edilib

Nigar Sultanli
14 İyul 2025 13:37
71 baxış
"Louis Vuitton"un Türkiyədəki müştəri məlumat bazasına kiberhücum edilib

Louis Vuitton-un Türkiyədəki müştəri məlumat bazasına kiberhücum edilib. Şəxsi Məlumatların Mühafizəsi Qurumu tərəfindən verilən açıqlamaya əsasən, təxminən 143 min nəfərin ad, soyad, telefon nömrəsi, e-poçt ünvanı və yaşayış yeri kimi şəxsi məlumatları oğurlanıb.

Hücumun səbəbi kimi Louis Vuitton-un əməkdaşlıq etdiyi üçüncü tərəf xidmət təminatçısına məxsus administrator hesabının ələ keçirilməsi göstərilir. Hadisədən sonra Louis Vuitton təhlükəsizlik sistemlərini yenilədiyini və təsirlənən şəxslərə məlumat verdiyini bildirib.

Şəxsi Məlumatların Mühafizəsi Qurumu və mütəxəssislər vətəndaşlara bu məsələdə aşağıdakılara diqqət yetirməyi tövsiyə edir:

  • Naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verməmək,
  • Şübhəli e-poçtları və keçidləri açmamaq,
  • Hesab şifrələrini yeniləmək və şəxsi məlumatların istifadəsini nəzarətdə saxlamaq.

Hazırda oğurlanan məlumatların yalnız şəxsiyyət və əlaqə məlumatları olduğu bildirilir. Bank və maliyyə məlumatlarının sızdırılıb-sızdırılmadığı ilə bağlı isə hələ rəsmi məlumat verilməyib.

© copyright 2022 | tech.az | info@tech.az