Az | EN

"SoftBank" "OpenAI"a 22 Milyard Dollar İnvestisiya edəcək

Nigar Sultanli
27 Oktyabr 2025 11:18
66 baxış
"SoftBank" "OpenAI"a 22 Milyard Dollar İnvestisiya edəcək

"SoftBank" süni intellekt (Sİ) sahəsində ən böyük oyunçulardan biri olan "OpenAI"a 22,5 milyard dollarlıq investisiya qoyuluşu üçün rəhbərlik səviyyəsində təsdiq verib. Bu məbləğ, "SoftBank"ın ümumi 30 milyard dollarlıq investisiya planının ikinci hissəsidir.

Lakin bu təsdiq, "OpenAI"ın korporativ quruluşunda əhəmiyyətli bir dəyişiklik etməsi şərtinə bağlıdır. Gözlənilir ki, bu dəyişiklik prosesinin sonunda şirkət ilkin kütləvi təklifə (IPO) çıxmaq üçün uyğun bir quruluşa sahib olacaq. Beləliklə, "SoftBank" təkcə maliyyə investoru kimi deyil, həm də "OpenAI"ın gələcək bazar dəyərinin müəyyənləşdirilməsində strateji rol oynamağı hədəfləyir.

"SoftBank"ın bu investisiya planı, aprel ayında elan edilmiş və ümumi məbləği 41 milyard dollara çatan nəhəng maliyyələşdirmə turunun bir hissəsidir. Yaponiyada yerləşən bu texnologiya nəhəngi aprel ayında "OpenAI"a 10 milyard dollar sərmayə qoymuş, dekabr ayında isə 30 milyard dollarlıq ikinci tranşı yatırmağı planlaşdırdığını açıqlamışdı.

Qeyd edək ki, investisiya "OpenAI"ın mənfəət güdən bir şirkət quruluşuna keçməsi şərti ilə bağlıdır. Əgər Sİ nəhəngi bu korporativ dəyişikliyi edə bilməsə, "SoftBank"ın qoyacağı sərmayənin məbləği 22,5 milyard dollardan 20 milyard dollara enə bilər. Hələlik tərəflər, xüsusən də "OpenAI"ın mənfəət güdən bir şirkətə çevrilməsi şərtini ehtiva edən bu investisiya müqaviləsi barədə rəsmi açıqlama verməyiblər.

© copyright 2022 | tech.az | info@tech.az