“Technest” təqaüdçüsü Qəndab Məmmədova dünyanın TOP-4 universiteti sırasında yer alan Harvarda qəbul olub. Əslən Saatlıdan olan Qəndab 2023-cü ildə 278 nömrəli tam orta məktəbi bitirib. Müxtəlif yerli və beynəlxalq olimpiadalarda dərəcə qazanmış məktəblimizin universitetə müraciət və qəbul prosesi "Technest"in dəstəyi ilə həyata keçirilən "Talant" təqaüd proqramı çərçivəsində baş tutub. Qəndab Harvarda astrofizika ixtisası üzrə qəbul olub.
Xatırladaq ki, proqram çərçivəsində ötən il 10 “Technest” təqaüdçüsü dünyanın TOP universitetlərinə qəbul olub. Bu il isə daha 30 nəfər proqrama cəlb olunub ki, onlardan 15-i artıq universitetlərdən müsbət cavab alıb.
Qeyd edək ki, proqram yüksək akademik potensialı olan gənclərin dünya üzrə yüksək reytinqli universitetlərə müraciət etmələrinə dəstək olmaq üçün nəzərdə tutulub. Proqram universitetlərə hazırlıq və müraciət prosesi üçün lazım olan xərcləri əhatə edir.