Az | EN

"Uber" şirkəti 18 yaşlı xakker tərəfindən hack edilib

Bənövşə Kazımova
16 Sentyabr 2022 15:19
887 baxış
"Uber" şirkəti 18 yaşlı xakker tərəfindən hack edilib

Uber dünyada ən çox istifadə edilən nəqliyyat xidmətlərindən biridir. Qida çatdırılması, kuryer və yük daşımaları, eləcə də taksi xidməti kimi xidmətlər təqdim edən Uber 58 fərqli ölkədə istifadə olunur. Milyonlarla istifadəçisi olan Uber bu dəfə xakkerlərin hədəfinə çevrilib və kiberhücuma məruz qalıb.

18 yaşlı xakker tərəfindən təşkil olunan kiberhücum nəticəsində şirkətin daxili sistemlərinin, e-poçt idarə panelinin və Slack serverinin skrinşotları internetə sızdırılıb. Bu skrinşotların Uber-in çox mühüm məlumatları ilə bağlı olduğu bildirilir. Xakker şirkətin bir çox informasiya texnologiyaları sistemlərinə, o cümlədən təhlükəsizlik proqramı və Windows domeninə də daxil ola bilib. Onun daxil olduğu digər sistemlər arasında şirkətin Amazon Veb Xidmətləri, VMware ESXi virtual maşınları, Google Workspace e-poçt idarəçi paneli və Slack serveri var.

Hücum sosial mühəndislik üsulu ilə əldə edilən giriş məlumatları vasitəsilə həyata keçirilib. Şirkət açıqlama verərək hücumun baş verməsi xəbərini təsdiqləyib və bildirib ki, hazırda bu istiqamətdə araşdırma aparılır.

© copyright 2022 | tech.az | info@tech.az