İndoneziyada yerləşən rəqəmsal aptek startapı Lifepack 7 milyon dollarlıq sərmayə alıb. Bildirilir ki, investisiya raundu Golden Gate Ventures-in rəhbərliyi ilə keçirilib. Startapın verdiyi açıqlamaya görə, yeni investisiya biznes proseslərinin inkişafına və yeni dərman anbarlarının yaradılmasına xərclənəcək.
2020-ci ildə Con Kvari və Natali Ardianto tərəfindən yaradılan startap xroniki xəstələr üçün reseptsiz dərmanlar təklif edir. Mobil sağlamlıq proqramı olan startap həkim və əczaçı qrupu ilə istifadəçilərə məsləhətlər verir. Həmçinin Lifepack-ın Cakarta və Surabayada iki dərman anbarı var.
Onu da qeyd edək ki, İndoneziyada əczaçılıq sənayesinin 2025-ci ildə 20 milyard dollara çatacağı təxmin edilir. Lakin onlayn aptek xidmətləri ümumi bazarın yalnız 3,5 faizini təşkil edir.