"Ripple"ın baş direktoru Bred Qarlinqhaus Binance Blockchain Week çərçivəsində keçirilən paneldə bildirib ki, 2026-cı ilin sonuna qədər bitcoinin qiymətinin 180 min dollara çatacağını gözləyir.
Panelin digər iştirakçılarından biri, Solana Fondunun prezidenti Lili Liu isə bitcoinin 100 min dollardan yuxarı qalxacağını proqnozlaşdırıb. Binance CEO-su Riçard Tenq konkret rəqəm açıqlamasa da, qiymətlərin zamanla artacağını düşündüyünü deyib.
2025-ci il dekabrın 4-nə olan məlumata görə, bitcoin 93 min dollar ətrafında ticarət olunurdu. Bu, kriptovalyutanın iki ay əvvəl yenilədiyi 126 min dollardan yuxarı tarixi rekordundan sonra baş verib.
