Az | EN

Rusiya casusluq səbəbindən Apple məhsullarına qadağa qoyub

Nail Valiyev
17 İyul 2023 12:08
475 baxış
Rusiya casusluq səbəbindən Apple məhsullarına qadağa qoyub

Rusiya casusluq iddialarına görə hökumət rəsmilərinə Apple məhsullarından istifadə etməyi qadağan edib. Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Apple məhsullarının təhlükəsiz olmadığını iddia edərək, dövlət işçilərinin iPhone, iPad, Mac kimi məhsullardan istifadəsinin qarşısını almaq üçün qərar qəbul edib.

Bu qadağa bu gündən etibarən Ticarət Nazirliyi tərəfindən həyata keçiriləcək. Digər qurumlar, o cümlədən Telekommunikasiya və Rabitə Nazirliyi də oxşar qadağaları yaxın vaxtlarda tətbiq etməyi planlaşdırır. Qadağa təkcə iPhone deyil, bütün Apple məhsullarını əhatə edir.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti iddia edib ki, ABŞ kəşfiyyat orqanlarının casusluq əməliyyatı çərçivəsində minlərlə iPhone-da izləmə proqramı yerləşdirilib. FSB Apple-ın ABŞ kəşfiyyatı ilə sıx əməkdaşlıq etdiyini və nəzarət alətləri təmin etdiyini iddia edib. Apple isə bu iddiaları təkzib edərək heç bir hökumətlə heç bir arxa plan anlaşması etmədiklərini və etməyəcəklərini açıqlayıb.

Bu qadağa Rusiyanın xarici texnologiyadan asılılığını azaltmaq səylərini əks etdirir. Keçən il Ukraynanı işğal etdikdən sonra Apple Pay-a girişi kəsən və ölkədə satışlarını dayandıran Apple Rusiya hökumətinin siyasətlərinə reaksiya vermişdi. Rusiya prezidenti Vladimir Putinin yerli proqram təminatına keçidlə bağlı sərəncamı da bu vəziyyəti dəstəkləyir.

© copyright 2022 | tech.az | info@tech.az