Az | EN

Rusiya məhkəməsi Telegram-ı cərimələyib

Cəmil Hüseynzadə
09 İyul 2024 11:00
369 baxış
Rusiya məhkəməsi Telegram-ı cərimələyib

Rusiya məhkəməsi Telegram-ı qadağan olunmuş məlumatları silməkdən imtina etdiyinə görə 3 milyon rubl cərimələyib.

Moskvanın Taqanski Məhkəməsi messenceri inzibati xətaya görə cərimələyib. İş materialları göstərir ki, Roskomnadzor əməkdaşları Rusiya Federasiyasında qadağan olunmuş məlumatları dərc edən bir sıra Telegram kanalları tapıblar. Departament messencer rəhbərliyinə yazıların silinməsi tələbi ilə xəbərdarlıq göndərsə də, cavab olaraq buna məhəl qoyulmayıb.

Əvvəlcə şirkət 4 milyon rubl cərimə ilə hədələndi, lakin sonra onun məbləği 3 milyona (34,236 dollar) endirildi. Llakin müttəhimə məhkəmə iclası haqqında məlumat verilsə də messencerin nümayəndələri heç vaxt iclasa gəlməyiblər.

© copyright 2022 | tech.az | info@tech.az