Az | EN

Rusiyada 22 mindən çox Toyota avtomobili geri çağırılıb

Bənövşə Kazımova
02 Mart 2023 17:09
340 baxış
Rusiyada 22 mindən çox Toyota avtomobili geri çağırılıb

Toyota şirkətinin Rusiya bazarındakı rəsmi nümayəndəsi Toyota Motor 2003-cü ilin aprelindən 2007-ci ilin mayına qədər satılan 22 712 Toyota Avensis avtomobilini geri çağırır. Bu barədə ilkin olaraq "Rosstandart" saytında məlumat verilib. 

Saytın verdiyi məlumata görə, geri şağırılmaya səbəb bu modelin bəzi avtomobillərində istilik və rütubətin təsiri altında sürücünün təhlükəsizlik yastığındakı sıxlığın azalması riskinin olması olub. Belə ki, zədələnmiş təhlükəsizlik yastığının işləməsi qaz generatorunun gövdəsinin dağılması, həmçinin qaz generatorunun fraqmentlərinin sərnişin salonuna daxil olması ilə nəticələnir və bu da öz növbəsində sürücünün və ya sərnişinin xəsarət almasına səbəb ola bilər.

Əlavə olaraq qeyd edək ki, geri çağırılan avtomobillərdə sürücünün təhlükəsizlik yastıqlarının qaz generatorunun dəyişdirilməsi nəzərdə tutulur. Həmçinin lazımi işlərin pulsuz həyata keçiriləcəyi bildirilir.

© copyright 2022 | tech.az | info@tech.az