Yaponiya hökumətinin internet portalının dünən kiber-hücuma məruz qaldığı və müvəqqəti olaraq deaktiv hala gəldiyi açıqlanıb.
Bu barədə Milli Böhranların Qarşısının Alınması və Təhlükəsizliyi Strategiyası Mərkəzi ətraflı məlumat verərək hökumətə bağlı internet saytlarının qısa müddət ərzində bir çox mənbədən məlumat göndərən xakkerlər tərəfindən DDoS hücumuna məruz qaldığını bildirib. Məsələ ilə bağlı Rusiyayönlü xakker qrupu Killnet Telegram kanalında Yaponiyanın onlayn dövlət xidmətlərini və elektron vergi sistemini hədəf alındığını bildirən bir mesaj yayımlayıb.
Bundan əlavə, xakker qrupunun adı Rusiyanın işğalı zamanı Ukraynaya dəstək verən ölkələrə məxsus internet saytlarına silsilə kiber-hücumlar edilməsi xəbəri ilə gündəmə gəlib.