Az | EN

Ruslar "Deepfake" texnologiyasından istifadə edərək "Baykar"ın baş direktoru ilə görüşməyə cəhd ediblər

Bənövşə Kazımova
10 Oktyabr 2022 17:14
808 baxış
Ruslar "Deepfake" texnologiyasından istifadə edərək "Baykar"ın baş direktoru ilə görüşməyə cəhd ediblər

Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi “Baykar”ın baş direktoru Haluk Bayraktara qarşı təxribatın qarşısını aldığını açıqlayıb. Mövzu ilə bağlı ətraflı açıqlama qurumun rəsmi Telegram hesabında dərc olunub.

Rus xakkerlər Ukraynanın baş naziri Denis Şmihal-ın "Deepfake" görüntüsündən istifadə edərək Baykar şirkətinin baş direktoru Haluk Bayraktar-la görüşmək istəyiblər. Vəziyyəti anlayan Ukrayna kəşfiyyatı görüşə Baykar-ın katibi kimi qatılıb. Qarşı tərəfin obrazı kifayət qədər real olsa da, onun çıxışındakı bir neçə detaldan onun rus olduğu anlaşılıb.

Kəşfiyyat İdarəsindən verilən açıqlamaya görə, Şmihal kimi geyinən şəxs Ukrayna dilində "babyne lito" kimi tələffüz edilən "babyne lito" sözünün rusca tələffüzündən istifadə edib. Görüşün sonunda isə qarşı tərəfə onların bu əməlin aşkarlandığı və cinayət məsuliyyətinə cəlb olunacağı bildirilib. 

Söhbət əsnasında qarşı tərəfin bir neçə dəfə özünü ifşa etdiyini ifadə edən Kəşfiyyat İdarəsi həmçinin açıqlamada rus agentlərinin təhsil səviyyəsinin aşağı olduğunu qeyd edib və bu əməlin məqsədinin Ukrayna ilə Türkiyə arasındakı əməkdaşlığı gözdən salmaq cəhdi kimi qiymətləndirib. Çünki ruslar daha əvvəl Ukrayna prezidenti Zelenski-nin ukraynalılardan silahlarını yerə qoymağı xahiş etdiyi "deepfake" video hazırlamışdı. Hətta bu video bəzi "hack" edilmiş Ukrayna xəbər saytlarında yayımlanmışdı.

© copyright 2022 | tech.az | info@tech.az