Az | EN

Şahin Əliyev İDDA-da sədr müavini təyin edildi

Cəmil Hüseynzadə
19 Avqust 2024 14:09
1674 baxış
Şahin Əliyev İDDA-da sədr müavini təyin edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinə daha bir sədr müavini təyin olunub. Artıq Şahin Əliyev Agentliyin sədr müavini vəzifəsini icra edəcək. 

Şahin Əliyev, Qafqaz Universitetində 2003-2007-ci illərdə Kompüter elmləri üzrə bakalavr təhsili alaraq, təhsilini mükəmməl nəticə ilə bitirib.

Karyerasına Azercell Telecom LLC-də başlayan Şahin Əliyev, burada 14 ildən çox çalışıb. 2007-ci ildən başlayaraq Billing Engineer və Expert Billing Engineer vəzifələrində çalışmış, 2014-2019-cu illərdə isə Biznes Konfiqurasiya Bölməsinin rəhbəri olmuşdur. Daha sonra, 2019-2021-ci illərdə Müştəriyönümlü Məhsul və Xidmətlərin Əməliyyat və İdarəetmə Bölməsinin meneceri vəzifəsində fəaliyyət göstərmişdir. 2021-ci ilin iyun-avqust aylarında Azercell-də İT direktoru kimi qısa müddət işləyib.

2021-ci ilin avqust ayında Şahin Əliyev Kiber Təhlükəsizlik Xidmətinin (CERT.AZ) rəhbəri təyin edilib və bu vəzifəni 2023-cü ilin fevral ayına qədər icra edib. Daha sonra, 2023-cü ilin fevral ayında Azərbaycan Respublikası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib. 2024-cü ilin avqust ayında isə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini vəzifəsinə yüksəlib.

Şahin Əliyevin karyerası kibertəhlükəsizlik və fərdi məlumatların qorunması sahəsində ixtisaslaşma və böyük təcrübə ilə zəngindir.

© copyright 2022 | tech.az | info@tech.az