Az | EN

Samsung ABŞ-da kiber-hücuma məruz qalıb

Bənövşə Kazımova
03 Sentyabr 2022 10:26
390 baxış
Samsung ABŞ-da kiber-hücuma məruz qalıb

Samsung-un ABŞ serverləri xakker hücumunun qurbanı olub. İyul ayında serverlərinə edilən bu hücumun qarşısını ala bilmədiyini deyən Samsung müştəri məlumatlarının oğurlandığını təsdiqləyib. ABŞ-da baş verən hücumun digər ölkələrə də sirayət edəcəyi ehtimal edilir.

Bu hücumdan neçə Samsung istifadəçisinin təsirləndiyi hələlik məlum deyil. Bununla belə, şirkət bildirib ki, hücumun qurbanı yalnız şirkət serverləri olub, heç bir texnoloji cihaz və ya yerli proqram təhlükə altında deyil. ABŞ-da müştərilərə təsir edən bu hücum nəticəsində müştəri adları, əlaqə məlumatları, müştərinin doğum tarixi və məhsulun qeydiyyat məlumatları oğurlanıb. Heç bir istifadəçinin bank məlumatları oğurlanmadığı bildirilir.

Hücumun iyulun sonunda başladığı və avqustun 4-dək davam etdiyi təxmin edilir. Maraqlıdır ki, Samsung istifadəçilərinə təxminən bir ay sonra bu barədə məlumatlandırıcı mesaj göndərib.

© copyright 2022 | tech.az | info@tech.az