Yaponiyanın səhiyyə startapı CureApp Carlyle-dan 51,4 milyon dollar investisiya alıb. Startapın bu investisiya ilə birgə əldə etdiyi ümumi investisiya məbləği 98 milyon dollara yüksəlib.
Bildirilir ki, startap yeni investisiyadan hipertoniyanın müalicəsi üçün DTx tətbiqini işə salmaq üçün istifadə edəcək.
Özü həkim olan Kohta Satake tərəfindən qurulan CureApp 2014-cü ildən fəaliyyət göstərir. CureApp rəqəmsal terapiya proqramlarını araşdırır və inkişaf etdirir. Onu da bildirmək lazımdır ki, startap döş xərçəngi və xroniki ürək çatışmazlığı kimi xəstəliklərə istiqamətlənib.