Səudiyyə Ərəbistanında keçirilən Future Investment Initiative (FII) forumu çərçivəsində ewpartners və Çin sənaye mərkəzi Tianjin Binhai New Area arasında 80 milyon dollarlıq investisiya fondunun yaradılması barədə razılıq əldə olunub.
Razılaşma Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) və onun fond-of-fondu platforması Jadanın iştirakı ilə imzalanıb. Fondun məqsədi Çində formalaşmış sənaye layihələri və texnologiyaları Səudiyyə Ərəbistanına və Körfəz regionuna gətirmək, yerli sənayenin modernləşməsini sürətləndirməkdir.
Yeni fond “Vision 2030” strategiyasına uyğun olaraq rəqəmsal texnologiyalar, ağıllı istehsal, alternativ enerji və logistika sahələrində əməkdaşlığı gücləndirəcək.
