Şimali Koreyalı xakerlər son 5 il ərzində 1,2 milyard dollar dəyərində kriptovalyuta və rəqəmsal aktivləri ələ keçirib.
Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti dövlət tərəfindən dəstəklənən Şimali Koreya xakerlərinin son 5 il ərzində 1,2 milyard dollar dəyərində kriptovalyuta və rəqəmsal aktiv oğurladığını aşkar edib. Oğurlanmış aktivlərin yarısından çoxu, təxminən 626 milyon dollar, təkcə 2022-ci ildə əldə edilib. Xidmət onu da bildirib ki, Şimali Koreyalı xakerlər kriptovalyuta və rəqəmsal aktivləri ələ keçirməkdə dünyanın ən yaxşılarından biri hesab olunur. Bundan əlavə, FTB Şimali Koreyanı keçən mart ayında kripto oyun şirkəti Axie Infinity-dən oğurlanan təxminən 625 milyon dollara görə ittiham edib.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının verdiyi məlumata görə, bu hücumlardan əldə edilən gəlir Şimali Koreyanın nüvə silahları və ballistik raket proqramlarının dəstəklənməsinə yönəldilib.