Az | EN

Siri iOS 17-da yeni funksiyalar təklif edəcək

Nail Valiyev
13 İyul 2023 15:26
387 baxış
Siri iOS 17-da yeni funksiyalar təklif edəcək

iOS 17 Beta versiyası ilə Apple istifadəçilərə yeni funksiyalar təqdim edəcək. Siri ikidilli sorğuları dəstəkləmək üçün iOS 17 ilə yenilənib. Belə ki, Siri indi ingilis və hind dillərini qarışdıraraq sual vermək imkanına sahib olacaq.

Bundan əlavə, iOS 17 versiyası tam səhifə ekran görüntüsü funksiyası və ikili SIM istifadəçiləri üçün xüsusi seçimlər təqdim edəcək.  İkili SİM funksiyasından istifadə edən insanlar mesajları SİM-ə görə çeşidləmək, hər SİM üçün ayrı-ayrı zəng melodiyaları və naməlum nömrəyə geri zəng edərkən SİM seçmək imkanı əldə edəcəklər.

iOS 17 Beta həmçinin Tamil, Teluqu, Kannada və Malayalam dilləri üçün transliterasiya dəstəyi əlavə edir. Bu yeniliklərlə Apple ümumilikdə 10 fərqli ana dili dəstəkləyəcək.

Digər yeni xüsusiyyətlərə telefon nömrələri ilə Apple ID-yə giriş, Punjabi lüğəti, genişləndirilmiş zəng tarixçəsi və mesajların filtrasiyası daxildir. İstifadəçilər zəng tarixçəsi bölməsində Facetime və WhatsApp zəngləri də daxil olmaqla 2000-ə qədər zəngi görə biləcəklər

Bununla belə, beta versiyalarında bəzi səhvlər ola biləcəyi üçün istifadəçilər onu əsas cihazlarında quraşdırmaq əvəzinə, son ictimai buraxılışı gözləyə bilərlər.

© copyright 2022 | tech.az | info@tech.az