SoftBank-ın rəhbəri MasaYosi Son ABŞ-nin Arizona ştatında “Project Crystal Land” kod adlı sənaye kompleksinin inşasını həyata keçirmək istəyir. Bu layihənin ümumi dəyəri təxminən 1 trilyon dollar qiymətləndirilir.
Layihəyə Tayvanın yarımkeçirici istehsalçısı TSMC-nin cəlb olunması nəzərdə tutulur, lakin şirkətin iştirak etməyə marağı barədə məlumat yoxdur. Mənbələr bildirir ki, müzakirələrdə həmçinin Samsung rəhbərliyi də iştirak edib, lakin detalları açıqlamayıblar.
Layihənin həyata keçirilməsi ABŞ Prezidenti Donald Trampın administrasiyasının və Arizona ştatının dəstəyindən asılıdır. Layihənin yekun dəyəri isə digər texnoloji şirkətlərin iştirakı ilə müəyyən ediləcək.
SoftBank, TSMC, Samsung və ABŞ hökumətinin nümayəndələri mövzu ilə bağlı şərh verməyib. Xəbərin yayılmasından sonra SoftBank-ın səhmləri 2,7%, TSMC-nin səhmləri 1,9%, Samsung-un səhmləri isə 0,5% artıb.
Qeyd edək ki, 2025-ci ilin yanvarında SoftBank, OpenAI və Oracle birgə ABŞ-də data mərkəzləri tikmək üçün Stargate adlı şirkət qurmuşdu. Layihəyə ilkin investisiya 100 milyard dollar təşkil edib.