Az | EN

SoftBank “Stargate” Layihəsi Çərçivəsində Yeni Sİ Zavodu Açır

Nigar Sultanli
19 Avqust 2025 18:01
380 baxış
SoftBank “Stargate” Layihəsi Çərçivəsində Yeni Sİ Zavodu Açır

Foxconn və SoftBank Ohioda da, əvvəllər elektrik avtomobili istehsal edən zavodda yeni işə başlayırlar. Onlar burada süni intellekt (AI) üçün lazım olan məlumat mərkəzi avadanlıqları hazırlayacaqlar.

Bu işə "Stargate" layihəsi çərçivəsində başlanılıb. Bu layihəni SoftBank, OpenAI və Oracle şirkətləri birlikdə həyata keçirir. Trampın dediyinə görə, bu layihəyə 500 milyard dollara qədər pul investisiya oluncanaq.

Foxconn-un rəhbəri Young Liu bildirib ki, SoftBank Ohiodakı bu zavodun yerini alıb, Foxconn isə onunla ortaq bir şirkət quraraq işi davam etdirəcək. Liu qeyd edib ki, bu layihə üçün Ohio çox uyğundur, çünki burada layihənin ehtiyac duyduğu enerji və böyük ərazi var.

Bu yeni istehsal müəssisəsi Amerikada süni intellekt texnologiyasının inkişafına dəstək olacaq.

© copyright 2022 | tech.az | info@tech.az