İlon Maska məxsus SpaceX şirkəti interneti dünyanın hər yerinə, hətta əlçatmaz nöqtələrə də çatdırmaq məqsədilə yeni Starlink peyklərini kosmosa göndərməyə davam edir.
Qeyd edək ki, şirkət indiyə qədər 4000-ə yaxın Starlink peykini orbitə buraxıb və gələcəkdə də kosmosa minlərlə peyk göndərməyi planlaşdırır.
Son xəbərlərə görə, SpaceX-ə aid 51 Starlink internet peykini orbitə daşıyan Falcon-9 raketi ABŞ-ın Kaliforniya ştatındakı Vandenberq Kosmik Qüvvələri bazasından buraxılıb. Falcon 9-un birinci hissəsi planlaşdırıldığı kimi havaya qalxdıqdan təxminən 8,5 dəqiqə sonra Yerə qayıdıb.
Məlumat üçün bildirək ki, İlon Maskın şirkəti artıq 12.000 Starlink peykinin orbitə göndərilməsi üçün icazə alıb. Bundan əlavə, şirkət bu rəqəmin gələcəkdə 30 minə çatdırılması üçün müraciət edib və təsdiqini gözləyir.