Az | EN

SpaceX-ə yeni Starlink peyklərini göndərmək üçün icazə verilib

Nail Valiyev
15 Aprel 2023 17:01
386 baxış
SpaceX-ə yeni Starlink peyklərini göndərmək üçün icazə verilib

SpaceX 2020-ci ildə ABŞ Rabitə Agentliyinə müraciətində 30.000 peyk göndərmək üçün icazə istəyib. Son xəbərlərə əsasən, SpaceX bu gündən etibarən 7500 peyki göndərməyə başlaya biləcək. SpaceX Starlink peyklərinin internetə çıxışın olmadığı və ya məhdudiyyətlərin olduğu bölgələrdə sabit və sürətli internet xidmətini təmin edə bilməsi üçün bu müraciəti etdiyini bildirib.

Şirkət birinci nəsil peyklər üçün olan əvvəlki icazəsi ilə 10 000-dən çox peyk göndərə bilər. SpaceX keçən il bu hüquqlardan istifadə etməyəcəyini və 2-ci Nəsil peykləri üçün icazənin verilməsini gözləyəcəyini açıqlamışdı. Yeni alınmış icazə ilə artıq 7500 2-ci nəsil peyki göndərmək mümkün olacaq. Şirkətin peyklərin göndərilməsinə nə vaxt başlayacağı barədə hələlik açıqlama verilməyib.

Yeni Starlink internetini istifadə etmək istəyənlər $599-a terminal və $110-lıq aylıq abunəlik almalıdırlar.

© copyright 2022 | tech.az | info@tech.az