Az | EN

SpaceX Starship sınaq uçuşu zamanı partlayıb

Səbinə Eyvazova
21 Aprel 2023 13:12
259 baxış
SpaceX Starship sınaq uçuşu zamanı partlayıb

Tarixin ən böyük və ən güclü raketi olan SpaceX Starship Starbase stansiyasından buraxılıb. Starship uğurlu uçuş ardıcıllığı ilə havaya qalxsa da, təəssüf ki, təxminən 4 dəqiqə sonra hədəf orbitinə çatmazdan əvvəl havada partlayıb.

Raket havaya qalxdıqdan qısa müddət sonra bəzi şeylər yanlış getməyə başlayıb. Məlum olduğu kimi, Starship raketi iki hissədən ibarətdir: birinci hissə Falcon Heavy və ikinci hissə raketin yuxarı hissəsi olan Starship. Falcon Heavy raket kifayət qədər yüksəkliyə çatdıqdan sonra dərhal ayrılmalı və Meksika körfəzinə sərt eniş etməli idi. Lakin ayrılma baş verməyib və Starship bütövlükdə havada fırlanmağa başlayıb. Sonra isə mühərriklərin alovlanması ilə böyük bir partlayış olub.

"Gələcək aylarda edəcəyimiz sınaq uçuşu üçün çox şey öyrəndik", - deyə İlon Mask bildirib.

© copyright 2022 | tech.az | info@tech.az