Charlie Javice tələbə kreditləri üzrə startup olan "Frank"in təsisçisidir. O, "JPMorgan"ı 175 milyon dollara aldatmaqda günahkar sayılıb. Beş həftəlik məhkəmə prosesindən sonra münsiflər heyəti, "Javicenin Frank"in müştəri siyahısını şişirdərək "JPMorgan"ı aldatmasına dair prokurorların iddialarını təsdiqlədi.
JPMorgan 2021-ci ildə "Frank"i aldıqda, startapın 4 milyon müştəriyə sahib olduğunu düşünürdü. Amma bank, test e-mailləri göndərdikdən sonra, faktiki müştəri sayının yalnız 300,000 olduğunu və göndərilən e-maillərin təxminən 70%-inin geri qaytarıldığını öyrəndi. Javice şirkətini satmaq üçün müştəri məlumatlarını saxtalaşdırmaq məqsədilə bir riyaziyyat professorunu işə götürüb və bu məlumatları "JPMorgan"a təqdim edib.
Müdafiə tərəfi isə bildirir ki, "JPMorgan"ın alınmasından peşman olunmasının səbəbi, maliyyə yardımı formalarının dəyişməsi ilə bağlı hökumət tələblərindəki dəyişikliklərdir. Javice isə özünü günahsız sayır və məhkəmədə şahid qismində çıxış etməyib.
Hazırda 32 yaşında olan Javice bir neçə ildən sonra həbs cəzası ilə üzləşə bilər. Cəzanın avqust ayında veriləcəyi gözlənilir.