Az | EN

Tarixin ən böyük DDoS hücumu həyata keçirilib

Bənövşə Kazımova
30 İyul 2022 13:30
556 baxış
Tarixin ən böyük DDoS hücumu həyata keçirilib

Məlum olub ki, tarixin ən böyük DDoS hücumlarından biri Şərqi Avropada bir şirkətin serverlərinə tətbiq edilib. İyulun 21-də 14 saat davam edən hücum son 30 gündə dəfələrlə cəhd edildiyi bildirilib. 14 saat davam edən hücumların Avropa tarixində rekord olduğu ehtimal olunur.

Kibertəhlükəsizlik və bulud xidmətləri şirkəti Akamai-nin verdiyi açıqlamaya görə, Şərqi Avropada adı açıqlanmayan bir şirkətin rekord sayda DDoS hücumuna məruz qalıb. İyul ayı boyunca davam edən hücumların iyulun 21-də pik həddə çatdığı bildirilib. Həmçinin14 saat ərzində 853,7 Gbps (saniyədə gigabit) və 659,6 Mpps (milyon paket/saniyə) sorğu və trafik göndərilib.

Məlumat üçün qeyd edək ki, xakker üsullarından biri olan DDoS-un əsas məqsədi şəbəkə və ya serveri sıradan çıxarmaqdır. Bununla belə, kibertəhlükəsizlik və bulud xidmətləri şirkəti bildirib ki, onun Şərqi Avropada yerləşən müştərisi heç bir itki ilə üzləşməyib.

© copyright 2022 | tech.az | info@tech.az