Az | EN

Tech.az Media tərəfdaşlığı ilə Touch Summit 25 keçiriləcək

Cəmil Hüseynzadə
03 Dekabr 2025 12:03
113 baxış
Tech.az Media tərəfdaşlığı ilə Touch Summit 25 keçiriləcək

Bu il regionun aparıcı texnologiya konfransı Touch Summit 25 yeni formatlarla keçiriləcək. Tədbirin əsas mövzusu və mesajı “Spark the Change” olaraq müəyyən edilib. Texnoloji transformasiya dövründə hər böyük dəyişiklik kiçik bir ilhamla başlayır — yeni bilik, ideyalar və insanlarla irəliləyiş mümkündür. Touch Summit 25 innovatorlar, liderlər, startup qurucuları və kreativ peşəkarları bir araya gətirərək bu günü dəyişmək və sabahı formalaşdırmaq məqsədi daşıyır.

Tədbir 5–6 dekabr tarixlərində iki fərqli məkanlarda baş tutacaq:

  • 5 dekabr: Rustaveli Teatrı
  • 6 dekabr: D Block və Futurelab tərəfindən təşkil olunan yan tədbir Terminal Chavchavadze-də

İki gün ərzində Tbilisi texnoloji innovasiyaların regional mərkəzinə çevriləcək və 10-dan çox ölkədən gələn yerli və beynəlxalq liderləri qonaq edəcək.

Proqramın Əsas Trendləri

Tam proqram (5 dekabr): touch.ge/touch25/agenda/2025-12-05

TECH & FUTURE – Süni intellekt (AI), Web3, Data, Kibertəhlükəsizlik, Korporativ innovasiya
DESIGN & EXPERIENCE – UX, Kreativ texnologiyalar, Brendləşdirmə, 3D/Motion trendləri
STARTUP & BUSINESS – İnvestisiya trendləri, Biznesin genişlənməsi, Bazar girişi strategiyaları

Əsas Partnyorlar və Xüsusi İştirak

Bu il tədbirin əsas partnyorlarından biri İsveç Səfirliyidir. Səfirlik təqdim edəcək:

Rəqəmsal iqtisadiyyat və texnoloji inkişafda innovativ yanaşmalar

İsveç texnologiya ekosistemindən əldə olunan insights və imkanlar

Kreativ sənayelər, texnologiya və innovasiyada davamlı inkişaf üzrə xüsusi sessiyalar

6 Dekabr – Paralel Seminarlar və Yan Tədbirlər

6 dekabr tarixində D Block seminarlar, sual-cavab sessiyaları və interaktiv müzakirələr üçün açıq olacaq. Seminarlar üçün əvvəlcədən qeydiyyat tələb olunur.

Tədbir texnoloji innovasiyalara maraq göstərənlər üçün əvəzsiz bir platformadır və regionun lider texnoloji konfransı kimi önəmli rol oynayacaq.

© copyright 2022 | tech.az | info@tech.az