Az | EN

Tələbələrin hazırladığı MoonArk layihəsi NASA-ya rəqib oldu

Bənövşə Kazımova
06 Aprel 2023 15:33
328 baxış
Tələbələrin hazırladığı MoonArk layihəsi NASA-ya rəqib oldu

Carnegie Mellon Universitetinin tələbələrindən ibarət komanda mayın 4-də Iris kəşfiyyat aparatını və MoonArk adlı heykəl layihəsini Aya göndərməyi planlaşdırır.

Bildirilir ki, Iris Aya çatdıqda 60 saat ərzində səthi tədqiq edib Yerə fotoşəkillər göndərəcək. Maşın Ayda ilk ekipajsız Amerika kəşfiyyat vasitəsi olaraq Çin tərəfindən göndərilən kəşfiyyat maşınlarına qoşulacaq. O, həm də tələbələr tərəfindən hazırlanmış ilk Ayda gəzinti aparatı və bu günə qədərki ən kiçik və ən yüngül aparat olacaq.

İnşası 10 il davam edən layihə olan MoonArk isə zaman kapsulu olaraq Ayda qalacaq. Nəzərinizə çatdıraq ki, həm də mini-muzey hesab olunan MoonArk bir sıra rəsm, musiqi, nano obyektlər, poeziya və Yerdən gələn digər əsərlərdən ibarətdir. 

© copyright 2022 | tech.az | info@tech.az