Telegram kriptovalyutalar vasitəsilə istifadəçi adlarının sartışı üzərində işlədiyini açıqlayıb. Şirkət rəsmi açıqlamasında Telegram tərəfindən hazırlanmış və idarə olunan The Open Network-də istifadəçi adları üçün satış platformasını işə salmağa hazır olduğunu bildirib. Məlumatlara görə, sözügedən əməliyyatlar blokçeynin yerli kriptovalyutası olan Toncoin ilə aparılacaq.
Avqust ayında Telegram-ın qurucusu Pavel Durov köhnə blokçeynlərdə auksion pul kisələrindən və domenlərdən nə qədər kriptovalyuta əldə edildiyini görəndən sonra belə bir cəhdi özü edəcəyini açıqlamışdı. Bu elandan cəmi 2 ay sonra Telegram bu planı hazırlayıb.
Telegram-ın stikerlər, kanallar və hətta emojilər kimi digər elementləri də hərraca çıxarıla bilər. Mövcud istifadəçi adlarına əlavə olaraq, Telegram icazə verilməyən 4 hərfli istifadəçi adlarını da satışa çıxara bilər.
Təbii ki, Telegram istifadəçi adlarını satışa çıxaran ilk şirkət olmayacaq. Ethereum blokçeynindəki istifadəçi adları da Ethereum Name Service vasitəsilə uzun müddətdir ki, satılır. Bundan əlavə, bu cür ad dəyişiklikləri internet üzərindən oynanan oyunlarda çox populyardır.
Telegram-ın illik 500 milyondan çox aktiv istifadəçiyə malikdir. Bu qədər çox istifadəçi arasında bir çoxları rəqəmsal şəxsiyyətlərini dəyişdirmək istəyəcəklər. Bu həm də Telegram üçün böyük gəlir mənbəyi deməkdir.