Az | EN

Telegram istifadəçi məlumatlarını ABŞ-yə təqdim edib

Cəmil Hüseynzadə
09 Yanvar 2025 10:25
188 baxış
Telegram istifadəçi məlumatlarını ABŞ-yə təqdim edib

Telegram 2024-cü ilin yanvarın 1-dən sentyabrın 30-dək ABŞ hakimiyyətindən gələn 14 sorğunu icra edib. Bu sorğular çərçivəsində 108 istifadəçinin IP ünvanı və ya telefon nömrəsi təqdim olunub.

Lakin 2024-cü ilin tam hesabatına əsasən, Telegram ABŞ-dan ümumilikdə 900 sorğu qəbul edib və bu, 2253 istifadəçini əhatə edib. Bu da göstərir ki, sorğuların icrası 2024-cü ilin son rübündə kəskin artıb. Məhz bu dövrdə Telegram-ın qurucusu Pavel Durov Fransada saxlanılmışdı.

Durovun həbsindən bir ay sonra Telegram məxfilik siyasətini yenilədi. İndi messencer, yalnız məhkəmə qərarı olduğu halda dövlətlərə istifadəçi məlumatlarını təqdim etməyə hazırdır.

Lakin 2024-cü ildə yalnız ABŞ deyil, digər ölkələr də Telegram-a məlumat təqdim etmək üçün daha çox sorğu göndərib. Bunlar arasında:

  • Hindistan (14641 sorğu),
  • İspaniya (213 sorğu),
  • Belçika (223 sorğu),
  • Braziliya (302 sorğu) və s.

Bununla belə, Telegram Rusiya, Ukrayna, Belarus, Çin, İndoneziya, İsrail, Qazaxıstan, Yaponiya, Meksika, Yeni Zelandiya, Tailand və Türkiyədən gələn sorğuları təmin etməyib.

Məxfiliklə bağlı xəbərləri birinci oxumaq üçün "Durovun Kodu" Telegram kanalına abunə olun.

© copyright 2022 | tech.az | info@tech.az