Az | EN

Telegram istifadəçilər üçün .gram domeni almaq məqsədilə müraciət edib

Cəmil Hüseynzadə
19 Avqust 2026 11:42
50 baxış
Telegram istifadəçilər üçün .gram domeni almaq məqsədilə müraciət edib

Telegram özünün .gram yüksək səviyyəli domenini əldə etmək üçün müraciət edib. Bu barədə messencerin təsisçisi Pavel Durov rəsmi Telegram kanalında məlumat verib.

Durovun sözlərinə görə, müraciət ICANN tərəfindən təsdiqlənərsə, Telegram-ın bir milyard istifadəçisi özünəməxsus ikinci səviyyəli domen əldə edə biləcək.

Məsələn, @durov istifadəçisi durov.gram, @monk isə monk.gram domenindən istifadə edə biləcək.

Durov bildirib ki, Telegram-a öz domeninin verilməsi halında istifadəçilər messencerdən çıxmadan, sadəcə bir mesaj göndərməklə interaktiv veb-saytlar yarada və onları Telegram daxilində yerləşdirə biləcəklər.

Bu imkan Telegram istifadəçilərinə şəxsi səhifələr, layihələr və müxtəlif rəqəmsal xidmətlər üçün ayrıca veb ünvanları yaratmağa imkan verə bilər.

© copyright 2022 | tech.az | info@tech.az