Az | EN

Telegram kripto pul kisəsini tətbiqə əlavə edib

Cəmil Hüseynzadə
15 Sentyabr 2023 11:09
371 baxış
Telegram kripto pul kisəsini tətbiqə əlavə edib

Telegram messenceri Open Network (TON) əsasında TON Space kriptovalyuta cüzdanını tətbiqə inteqrasiya edib. Pul kisəsi Telegram vasitəsilə istifadəçilər üçün əlçatan olacaq.

TON Space-ə istənilən Telegram Wallet istifadəçisi daxil ola bilər. Xidmət 2023-cü ilin noyabr ayında hüquqi maneələr olan ölkələr istisna olmaqla bir çox ölkədə aktivləşəcək.

Bu ilin iyul ayının əvvəlində Telegram Wallet Pay xidməti vasitəsilə kriptovalyuta ilə ödənişləri qəbul etmək imkanı təqdim etmişdi. Bu yeniliklər Telegram-ı digər mesajlaşma tətbiqlərindən çox fərqləndirir və onu “Super app” olmaq istədiyini bildirir.

© copyright 2022 | tech.az | info@tech.az