Az | EN

Telegram Premium istifadəyə verilib

Bənövşə Kazımova
20 İyun 2022 13:30
402 baxış
Telegram Premium istifadəyə verilib

Telegram Premium-un artıq iOS istifadəçiləri üçün əlçatan olduğu bildirilir və bu versiyanın qiyməti ayda 4,99 dollar olaraq müəyyən edilib. Hələ Play Store tətbiqini yeniləməyən Telegram-ın zamanla qiymətinin dəyişib dəyişməyəcəyi isə bəlli deyil.

Bildirilir ki, Premium hazırda 700 milyon istifadə,isi olan mesajlaşma proqramına bir sıra funksiyalar əlavə edirb.
Bu funksiyalara aşağıdan baxa bilərsiniz.

1. Bütün mesajlaşma məhdudiyyətlərinin ikiqat artırılması (1000 kanal abunəliyi, 20 qovluq, bir tətbiqdə dörd hesab)
2. Maksimum fayl ölçüsü 2 GB-dan 4 GB-a artırılması.
3. Media və sənədlərin daha sürətli yüklənməsi
4. Səsli mesajların mətnə ​​çevrilməsi
5. Daxili reklamları deaktiv edilməsi
6. Tam ekran effekti ilə premium stikerlər
7. Yeni söhbətlərin avtomatik arxivləşdirilməsi və bu kimi digər xüsusiyyətlərdən Telegram Premium vasitəsilə yararlana bilərsiniz.

© copyright 2022 | tech.az | info@tech.az