Az | EN

Tesla 2023-cü ilin ikinci rübündə nə qədər avtomobil istehsal etdiyini açıqlayıb

Nail Valiyev
03 İyul 2023 12:22
339 baxış
Tesla 2023-cü ilin ikinci rübündə nə qədər avtomobil istehsal etdiyini açıqlayıb

Tesla 2023-cü ilin ikinci rübü üçün olan məlumatları açıqlayıb. Yayımlanan hesabatda Model S və Model X üçün ümumi istehsal və təhvil verilmə məlumatları paylaşılıb. 

Tesla Model S və Model X müştəriləri üçün cəmi 19 489 avtomobil istehsal edib. Bu avtomobillərin demək olar ki, 19225-i təhvil verilib. Qalan 264 avtomobilin isə çatdırılma müddətində cüzi gecikmələrə görə təhvil verilmədiyi, sınaq avtomobilləri olduğu və ya daşınma zamanı baş verən nasazlıqlar səbəbindən tədarüklərin ləğv edildiyi təxmin edilir.

Xüsusilə Model 3 və Model Y məlumatlarına baxdıqda qlobal miqyasda bütün istifadəçilərin Tesla modellərinə üz tutduğunu görürük. Şirkət 2023-cü ilin ikinci rübündə verilən iki modelin müştəriləri üçün cəmi 460 min 211 avtomobil istehsal edib. Yarım milyona yaxın avtomobildən 446 min 915-i təhvil verilib. Təhvil verilməyən avtomobillərin sayı 15 mindir ki, bu da 70 faizdən çox çatdırılma deməkdir.

© copyright 2022 | tech.az | info@tech.az