Az | EN

Tesla 300 mindən çox avtomobilini geri çağırır

Bənövşə Kazımova
18 Fevral 2023 13:32
434 baxış
Tesla 300 mindən çox avtomobilini geri çağırır

Tesla şirkəti 363 min elektrikli avtomobilini geri çağırdığını açıqlayıb. Buna səbəb isə bu avtomobillərdə quraşdırılmış “Full Self-Driving Beta” sisteminin beta versiyasının qəzalara səbəb ola bilməsidir. 

Məsələ ilə bağlı ABŞ-ın Avtomobil Yollarının Hərəkətinin Təhlükəsizliyi üzrə Milli Administrasiyası (NHTSA) məlumat verib.

Bildirilib ki, FSD Beta-dan istifadə edən elektrikli avtomobillər bəzi hallarda, məsələn, yolayrıcından keçərkən təhlükəli şəkildə işləyə bilər və bu da qəzalara səbəb ola bilər. Adından fərqli olaraq, FSD Beta insan müdaxiləsi olmadan bütün hallarda avtomatik idarə etməyə imkan verən sistem deyil.

Onu da vurğulayaq ki, geri çağırılma müxtəlif istehsal illərində olan Model S, Model X, Model 3 və Model Y avtomobillərinə aiddir.

© copyright 2022 | tech.az | info@tech.az