Az | EN

“Tesla” bir il ərzində altıncı dəfə “Cybertruck”ı geri çağırıb

Röya Yusifbəyli
13 Noyabr 2024 18:57
161 baxış
“Tesla” bir il ərzində altıncı dəfə “Cybertruck”ı geri çağırıb

Çağırılma 6 noyabr 2023 və 30 iyul 2024  tarixləri arasında istehsal edilmiş “Cybertruck”lar daxil olmaqla, 2431 ədəd  avtomobilə şamil edilir. “Tesla”nın hesabatında həmin yük maşınlarının nasaz inverter qurğusu ilə təchiz olunduğu aşkar edilib.

Oktyabrda “Tesla” 27 185 “Cybertruck”ı arxa kamerada yaranan görüntü gecikməsi səbəbindən geri çağırıb. Həmin geri çağırılmadan fərqli olaraq bu dəfə şirkət bildirib ki, avtomobillərdə inventerlə bağlı yaranmış problem ödənişsiz şəkildə həll ediləcək.

Bundan öncə isə il ərzində iki dəfə  belə hadisə baş verib. Belə ki, Aprel ayında avtomobillərdəki zədəli qaz pedalını, İyun ayında isə qüsurlu şüşə silənləri təmir etmək üçün avtomobillər geri çağırılıb.

© copyright 2022 | tech.az | info@tech.az