Az | EN

Tesla Bitcoin aktivlərinin çox hissəsini satıb

Nail Valiyev
22 İyul 2022 13:30
181 baxış
Tesla Bitcoin aktivlərinin çox hissəsini satıb

Tesla-nın ikinci rüb hesabatlarına görə, şirkət Bitcoin aktivlərinin çox hissəsini satıb. Kripto pul bazarı ilə yaxından maraqlanan Tesla və SpaceX-in CEO-su İlon Mask keçən il Bitcoin ilə avtomobil satışı dövrünə başladıqlarını açıqlamışdı. Bundan əlavə, şirkət aylar əvvəl 1,5 milyard dollarlıq Bitcoin satın alaraq investisiya edib.

Vurğulayaq ki, bu ilin əvvəlində şirkət investisiya portfelindəki Bitcoin-in dəyərini alış zamanı məzənnə ilə 2 milyard dollara çatdırıb. İlin ikinci rüb hesabatlarına görə, Tesla Bitcoin aktivlərinin 75 faizini satıb. Beləliklə, İlon Mask təxminən 936 milyon dollarlıq satış edib.

Həmçinin Bitcoin dəyərinin 20.000 dollara düşməsi ilə isə Tesla bu investisiyadan təxminən 460 milyon dollar itirib. 

© copyright 2022 | tech.az | info@tech.az