Tesla 2022-ci ilin ikinci rübündə Bitcoin satışından cəmi 64 milyon dollar qazanıb.
2022-ci ilin ikinci rüb hesabatına görə, Tesla Bitcoin aktivlərinin 75 faizini 936 milyon dollara sataraq 64 milyon dollar mənfəət əldə edib. Qalan aktivlərdə isə 170 milyon dollar zərər olduğu bildirilir. Mövzu ilə bağlı açıqlama verən Tesla-nın baş maliyyə direktoru Zax Kirkhorn Bitcoin aktivlərinin çoxunu real qazanc üçün fiat valyutasına çevirdiklərini bildirib.
Onu qeyd edək ki, İlon Mask da Tesla-nın Bitcoin aktivlərini satmasının səbəbinin ən böyük bazarlardan biri olan Çindəki karantinlər və komendant saatları olduğu barədə açıqlama verib. Şirkət ikinci rübdə Bitcoin-in satış qiymətini açıqlamayıb, lakin təxmini hesablamalar orta hesabla bir Bitcoin üçün 29.000 dollar civarında olduğunu göstərir.