28 iyun 2023-cü ildə Tether Gürcüstan hökuməti ilə “Anlaşma Memorandumu” imzaladığını elan edib. Memoranduma əsasən Tether yerli blokçeyn startapları üçün fond yaradacaq. Tərəflər təhsil sahəsində də tərəfdaşlıq haqqında razılığa gəliblər. Tiflisdə Biznes və Texnologiya Universitetində təhsil proqramlarının başlanması haqqında bu razılığa əsasən qərarlaşdırılıb.
Şirkət və Gürcüstan hökuməti həmçinin “müstəqil kommunikasiya və maliyyə sistemlərinin işlənib hazırlanması və tətbiqi imkanlarını araşdıracaqlar”.
Tether bildirib ki, əməkdaşlıq yerli startap icmasına fayda verəcək və Gürcüstanın biznesin inkişafı üçün cəlbedici region kimi nüfuzunu artıracaq.
2023-cü ilin mart ayının sonunda Binance Gürcüstanda regional mərkəzin yaradılmasını elan etdi.