Az | EN

Texno liderlər Tramp administrasiyası üçün öz kolleqalarını tövsiyə ediblər

Röya Yusifbəyli
15 Noyabr 2024 19:44
130 baxış
Texno liderlər Tramp administrasiyası üçün öz kolleqalarını tövsiyə ediblər

“The New York Times” bildirib ki, texnologiya liderləri Tramp administrasiyasına növbəti kabinetin nümayəndələrini Silikon Vadisi üzvlərindən seçməsi üçün təsir etməyə çalışıb.

İlon Mask`ın Donald Trampla dostluğu nəzərə alındıqda, bu yönləndirmələrin çoxu onun dostu olan Palantir şirkətinin və investor şirkəti olan “8VC”in rəhbəri Con Lonsdeylə yönəlib.

Həmçinin liderlərin “Uber” şirkətinin keçmiş rəhbəri Emil Maykl`ı Nəqliyyat Departamentinin rəhbəri vəzifəsinə gətirmək istədikləri deyilir. 2011-ci ildə “Uber”ə rəhbərlik etməzdən öncə Maykl, Obama administrasiyasında Ağ Ev əməkdaşı və Müdafiə Nazirliyində Robert Qeytsin xüsusi köməkçisi olub. Məlumata görə, Maykl 2017-ci ildə “Uber” in qurucusu Travis Kalanik şirkətdən istefa verməyə məcbur edilməzdən bir müddət əvvəl “Uber”dən qovulub.

Həmçinin “Times” bildirib ki, Peter Til`in uzun müddət əməkdaşı olan Cim O'Neill`in, Səhiyyə və Sosial Xidmətlər Departamentinə rəhbərlik etməsi təklif edilib. Lakin Tramp vaksinasiyaya skeptik yanaşan Robert F. Kennedi-kiçik`i  seçib.

Xəbərdə qeyd edilib ki, bu barədə Cim O'Neill`in adı daha öncələr də çəkilib. Trampın bundan öncəki administrasiyası zamanı onun Qida və Dərman agentliyinin rəhbəri olması tövsiyə edilmişdi, lakin həmin vaxt o Til`in “Mithril Capital Management” şirkətində çalışırdı.

© copyright 2022 | tech.az | info@tech.az