Az | EN

Texnologiya dünyasında yenidən ixtisarlar başlayıb

Cəmil Hüseynzadə
10 Yanvar 2024 12:55
636 baxış
Texnologiya dünyasında yenidən ixtisarlar başlayıb

Dünyada işdən çıxarılmalar davam edir. Bir çox şirkətlər artıq bunu davam etdirilər. Ötən illərdəki işdən çıxarılmaların davamı olaraq hazırkı proses daha kütləvi hal alıb. Hazırda bir çox böyük şirkətlər kütləvi şəkildə ixtisarlar edirlər. 

Unity öz əməkdaşlarının 25%-ni işdən çıxaracağını bildirib. Şirkət 1800-dən çox işçinin bu prosesdən təsirlənəcəyi bildirilir.  

Şirkətin baş direktoru Cim Vitehurst bütün Unity işçilərinə göndərdiyi maildə: "Biz əsas biznesimizə diqqət yetirmək və uzunmüddətli uğurumuzu və gəlirliliyimizi artırmaq üçün gördüyümüz işlərin sayını azaldırıq" sözlərini qeyd edib.

Duolingo da işçilərinin 10%-ni ixtisar edəcək. 

Bu gün isə Twitch işçilərinin 35%-ni ixtisa edəcəyini açıqlayıb. Bu prosesdə 500 nəfər ixtisar olunacaq. 2023-cü ilin martında şirkət artıq 400 işçinin işdən çıxarmışdı. 

İxtisarların davam edəcəyi və digər şirkətlərin də öz əməkdaşlarını ixtias edəcəyi gözlənilir. İxtisarlar arasında top menecerlərin də olduğu güman edilir.

© copyright 2022 | tech.az | info@tech.az