Az | EN

Tibb bacılarını işlə təmin edən Incredible Health startapı aldığı 80 milyon dollar sərmayə ilə unikorna çevrilib

Bənövşə Kazımova
18 Avqust 2022 13:22
364 baxış
Tibb bacılarını işlə təmin edən Incredible Health startapı aldığı 80 milyon dollar sərmayə ilə unikorna çevrilib

Tibb bacılarının işlə təmin olunmasına yönələn səhiyyə startapı Incredible Health 80 milyon dollarlıq investisiya alıb. Bu investisiya ilə ABŞ-da yerləşən startapın dəyəri 1,5 milyard dolları ötüb. 

Base10 Partners-in rəhbərlik etdiyi investisiya turunda Andreessen Horowitz, Obvious Ventures, Workday CEO Chano Fernando, Andre Iguodala və Stardust Equity iştirak edib.

Iman Abuzeid və Rome Portlock tərəfindən qurulan startapı birbaşa tibb bacılarını dəstəyə ehtiyacı olan səhiyyə müəssisələri ilə əlaqələndirir. ABŞ-da 600 xəstəxana ilə işləyən Incredible Health tibb bacılarına hər iki dəqiqədən bir iş imkanları təklif edir. Bu da onlara 20 gündən az müddətdə iş tapmağa imkan verir. 

Qeyd edək ki, startapın 10 mindən çox istifadəçisi var. Bu, həm xəstəxanalara, həm də tibb bacılarına eyni vaxtda iş axtarışı elanları yerləşdirməyə imkan verir.

© copyright 2022 | tech.az | info@tech.az