TikTok həm şirkətə, həm də istifadəçilərə pul qazana bilmək üçün yeni imkanlar üzərində işləməyə başlayıb.
Platforma artıq ödənişli məzmun sistemini rəsmi olaraq təqdim edib. “TikTok Series” adlı yeni sistem məzmun istehsalçılarına bəzi videolarını ödənişli şəkildə dərc etməyə imkan verəcək.
Belə ki, bununla istifadəçilər pul ödəməklə 20 dəqiqədən ibarət 80 video “Series” seriyasına daxil ola biləcəklər. “TikTok”un yaydığı açıqlamaya görə, “Series” adlı xüsusiyyət məzmun istehsalçılarının ödənişli məzmun istehsal edib istənilən qiymətə satmasına imkan verir. Məlumata görə, hər bir “Series” cəmi 80 videodan ibarət ola bilər və hər video maksimum 20 dəqiqə uzunluğunda olacaq. Beləliklə, istifadəçilər “Series” satın aldığı zaman 26,6 saata qədər eksklüziv videolara giriş əldə edəcəklər.
Onu da qeyd edək ki, “Series”dən əldə edilən bütün gəlirlərin qısa müddətə birbaşa məzmun istehsalçılarına veriləcəyi bildirilir.