Çexiya Milli Kiber və İnformasiya Təhlükəsizliyi Agentliyi TikTok-un telefonları dinləyə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Açıqlamada tətbiqin istifadə edildiyi cihazlar vasitəsilə kritik infrastruktur sistemlərinin və kommunikasiya elementlərinin dinlənə biləcəyi qeyd olunub. Digər tərəfdən, Çexiyanın daxili işlər naziri Vit Rakusan nazirlik daxilindəki işçilərin mobil telefon və ya oxşar cihazlarda tətbiqdən istifadə edə bilməyəcəyini açıqlayıb.
TikTok ilə bağlı təhlükəsizlik narahatlıqları daha əvvəl də müxtəlif ölkələrdə gündəmə gəlib. ABŞ, Avropa Birliyi qurumları və Kanadada dövlət qurumlarında çalışanlara TikTok-dan istifadə etmək qadağan edilib.