Az | EN

Tim Cook-un Apple CEO-su olaraq varisi müəyyənləşib

Cəmil Hüseynzadə
10 May 2024 12:11
531 baxış
Tim Cook-un Apple CEO-su olaraq varisi müəyyənləşib

Tim Cook 13 ildir ki, Apple şirkətini idarə edir. Bu müddət ərzində şirkət Apple Watch və Vision Pro da daxil olmaqla bir neçə tamamilə yeni məhsul buraxdı və kapitallaşması bir neçə dəfə artdı. Qeyd olunur ki, Cook öz vəzifəsini Fortune 500 siyahısındakı orta CEO-dan xeyli uzun tutub. Üstəlik, 63 yaşında o, bir çox həmkarlarından daha yaşlıdır.

Apple daxilindəki mənbələr bildirirlər ki, Cook istefa verərsə, onu çox güman ki, bir neçə il əvvəl bu vəzifəyə əsas namizəd olmuş Apple-ın əməliyyatlar üzrə baş direktoru Ceff Williams əvəz edəcək. Cobsun rəhbərliyi altında Cook özü COO vəzifəsini tuturdu. Bununla belə, Williamsın artıq 61 yaşı var və insayderlər onun təyinatının çətin olduğuna inanırlar, çünki idarə heyəti yeni baş direktorun ən azı on il işləməsini istəyir. Tim Cook-un ən çox ehtimal olunan varisi, hələ 50 yaşı olmayan, hardware inkişafı şöbəsinin rəhbəri Con Ternus olacaq.

Qeyd edilir ki, Ternus Tim Cook kimi bir çox idarəetmə keyfiyyətlərinə malikdir, ona görə də o, CEO kimi siyasətlərini davam etdirə biləcək. Apple mənbələri Ternusun şirkətdə bəyənildiyini və Tim Cook-un ona hörmət etdiyini bildirir.

© copyright 2022 | tech.az | info@tech.az