Az | EN

Toyota 1000 Kilometr məsafə qət edən elektrikli avtomobillər istehsal edəcək

Fidan Abbaszadə
14 İyun 2023 10:38
892 baxış
Toyota 1000 Kilometr məsafə qət edən elektrikli avtomobillər istehsal edəcək

Elektrikli avtomobillərin tək şarjla qət edə biləcəyi məsafə illər ərzində dayanmadan artır. Mercedes, BMW və Tesla kimi istehsalçılar tək şarjla 500 və daha çox kilometr məsafə qət etməyi təklif edirlər. Uzun müddətdir hibrid avtomobillər istehsal edən Toyota elektrikli avtomobillər üçün daha uzun şarj müddətini hədəfləyir. Toyota-nın "avtomobillərin gələcəyini dəyişdirəcəyini" iddia etdiyi yeni texnologiya elanında gələcək avtomobillərinin 1000 km məsafə qət edə biləcəyi qeyd edilib.

Toyota-nın sözlərinə görə, şirkət bu məqsədinə “növbəti nəsil akkumulyatorların və səs texnologiyalarının inteqrasiyası” ilə nail olacaq. Bundan əlavə, şirkət 2026-cı ildə yalnız elektrikli avtomobillər istehsal etməyi planlaşdırır. Bir dəfə doldurmaqla təxminən 434 km gedə bilən və qiyməti 42000 dollardan başlayan Toyota bZ4X avtomobilləri artıq satışdadır.

© copyright 2022 | tech.az | info@tech.az