Toyota təxminən 2 milyon Rav4 sahibini akkumulyator səbəbindən baş verə biləcək yanğın riskinə qarşı xəbərdarlıq edib.
Bununla bağlı olaraq, Toyota 1,9 milyon Rav4 sahibinin təcili olaraq səlahiyyətli xidmətlərlə əlaqə saxlamalı olduqlarını bildirilib. Şirkət 2013-2018-ci illər arasında istehsal edilən bəzi Rav4 modellərinə təsir edən bu vəziyyəti ciddi qəbul edir və hələlik yanğın və ya xəsarət hadisəsi olub-olmaması barədə məlumat vermir. Lakin o bildirir ki, bu akkumulyator problemi mühərrikdə yanğın riski yarada bilər. Yanğın riskini azaltmaq üçün Toyota akkumulyator birləşmələrini və əlaqəli komponentləri dəyişdirməyi planlaşdırır. Toyota bu vəziyyətlə bağlı Rav4 sahiblərinə məlumat verəcək və lazımi təmir işləri aparacaq.