Trampın yeni ticarət tarifləri texnologiya sektorunda böyük bir təsir yaradıb. Bu qərar nəticəsində "Apple"ın bazar dəyəri 250 milyard dollar azaldı və səhmləri 8.5% ucuzlaşdı. Wall Street-də texnologiya şirkətlərinə olan investisiyalar kəskin şəkildə geriləyıb. Apple ilə yanaşı, Tesla, Nvidia və Meta səhmləri də 6%, Amazon isə 7.2% dəyər itirdi.
Tariflər 5 apreldən qüvvəyə minəcək və Çin üçün tətbiq olunan ümumi tarif faizi 54%-ə qədər artacaq. Wedbush Securities-in analitikləri bu tədbiri "ən pis ssenaridən də pis" olaraq qiymətləndirib. ABŞ administrasiyası tarifləri yerli istehsalı gücləndirmək üçün atılan zəruri bir addım olaraq təqdim edir. Tramp bu tədbiri "Amerika iqtisadiyyatını azad etmək" məqsədilə həyata keçirildiyini vurğulayıb.
Apple üçün vəziyyət daha da çətinləşir, çünki şirkətin istehsal və təchizat zənciri əsasən Asiyada – Çin, Tayvan, Hindistan və Vyetnamda yerləşir. Bu tariflər Apple-ın bütün məhsullarını – iPhone, iPad, Mac və digər cihazlarını – təsir edəcək.
Apple-ın baş direktoru Tim Kuk, son illərdə administrasiya ilə əlaqələri gücləndirməyə çalışsa da, tarif qərarını ləğv etmək mümkün olmayıb. İndi Apple-ın qarşısında iki seçim var: ya məhsullarının qiymətini artıraraq yükü istehlakçılara ötürmək, ya da bu zərərləri özü qarşılamaq və milyardlarla dollar mənfəət itirmək.