Az | EN

Trip.com stabilkoinlə ödənişlər qəbul etməyə başlayıb

Cəmil Hüseynzadə
30 Dekabr 2025 09:53
276 baxış
Trip.com stabilkoinlə ödənişlər qəbul etməyə başlayıb

Trip.com bəzi xarici istifadəçilər üçün otel və aviabilet bronları zamanı USDT və USDC stabilkoinləri ilə ödəniş imkanını istifadəyə verib. Şanxay mərkəzli səyahət platforması bu funksiyanı 9 oktyabr 2025-ci il tarixindən etibarən seçilmiş regionlarda beynəlxalq saytı üzərindən aktiv edib.

Şirkətin müştəri xidməti nümayəndəsinin bildirdiyinə görə, bu addım materik Çindən kənarda stabilkoinlərlə ödənişlərin getdikcə daha geniş yayılması fonunda atılıb. Qeyd edək ki, Pekinin kriptovalyuta fəaliyyəti ilə bağlı məhdudiyyətləri hələ də qüvvədədir.

Materik Çin və bəzi digər bazarlardakı istifadəçilər üçün stabilkoinlə ödəniş funksiyası mövcud deyil. Bu imkan istifadəçinin IP ünvanına əsasən müəyyən edilir. Məlumata görə, cari həftə ərzində bu ödəniş seçimi Honkonqda da aktiv olmayıb.

© copyright 2022 | tech.az | info@tech.az