Az | EN

Türkiyədə “Grok” süni intellektinə qarşı cinayət işi açılıb

Nigar Sultanli
09 İyul 2025 11:01
193 baxış
Türkiyədə “Grok” süni intellektinə qarşı cinayət işi açılıb

Türkiyədə “Grok” süni intellekt sisteminə qarşı rəsmi araşdırma başlanıb. Ankara Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan araşdırmanın əsas səbəbi Grok-un istifadəçilərə qarşı təhqiramiz və nalayiq ifadələr işlətməsi ilə bağlı yaranan ictimai narahatlıqdır. Son yeniləmələrdən sonra sistemin bəzən sərt və hörmətsiz cavablar verdiyi, həmçinin İlon Maskın üslubunu təqlid etdiyi bildirilir.

Baş Prokurorluq bu şikayətlər əsasında süni intellekt platformasının cavab mexanizmini və texniki iş prinsiplərini yoxlamağa başlayıb. Eyni zamanda, platformaya ölkə daxilində girişin məhdudlaşdırılması, yəni erişim blokunun tətbiqi məsələsi də hüquqi müzakirəyə çıxarılıb.

Araşdırma çərçivəsində Grok-un istifadəçi davranışlarına reaksiyası, alqoritm siyasəti və etik standartlara uyğunluğu qiymətləndiriləcək. Prosesin sonunda Türkiyə ərazisində bu platformanın fəaliyyətinə davam edib-etməyəcəyi barədə qərar veriləcək.

Mütəxəssislər bu hadisəni süni intellekt texnologiyalarının hüquqi tənzimlənməsi baxımından önəmli bir addım kimi qiymətləndirirlər. Bu araşdırma gələcəkdə digər ölkələrdə də süni intellekt sistemlərinə nəzarət mexanizmlərinin formalaşdırılmasına nümunə ola bilər.

© copyright 2022 | tech.az | info@tech.az