Türkiyənin ilk elektrikli avtomobili olan TOGG bu həftə satışa çıxarılacaq.
Bu barədə məlumatı ölkənin sənaye və texnologiya nazirinin müavini Mehmet Fatih Kaçır verib. Nazir açıqlamasında “Allahın izni ilə Türkiyənin TOGG avtomobili bu həftə satışa çıxarılacaq. O, önümüzdəki günlərdə xalqımızın ixtiyarına veriləcək”, - deyə bildirib.
O qeyd edib ki, artıq Türkiyə öz bölgəsinin parlaq istehsal bazasına çevrilib. Bu gün ölkə Avropanın dördüncü, dünyanın isə 14-cü ən böyük avtomobil istehsalçısıdır.